Digər
Ermənistan prezidenti bu türk liderlə görüşdü
Qırğızıstan və Ermənistan prezidentləri Sadır Japarov və Vaaqn Xaçatryan arasında ikitərəfli və beynəlxalq platformalarda əməkdaşlığın inkişafını müzakirə etmək üçün Astanada görüş keçirilib.
Axar.az xəbər verir ki, bu barədə Qırğızıstan liderinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər Qırğızıstan-Ermənistan münasibətlərinin hazırkı vəziyyəti və perspektivlərini, o cümlədən Aİİ, KTMT və BMT çərçivəsində koordinasiyanı müzakirə ediblər. Görüşdə siyasi dialoqun dərinləşdirilməsi və ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi ilə bağlı qarşılıqlı öhdəlik də təsdiqlənib.
Mənbə
axar.az