Digər
Polşa amerikalı reperin ölkəyə girişinə qadağa qoydu
Polşanın xarici işlər naziri Radoslav Sikorski amerikalı reper Kanye Vestin ölkəyə girişini qadağan edib, musiqiçini faşist adlandırıb və onun yerinin həbsxana olduğunu bildirib.
Kult.az xəbər verir ki, o, bu barədə Solçu Partiyanın liderlərindən biri Maqdalena Beyeatlə birlikdə İnstaqramda ictimaiyyətə müraciət edərkən deyib.
“Cənab Kanye Vest Polşaya girməyəcək. Faşistlərin yeri həbsxanadır”, - o bildirib.
Qeyd edək ki, son illərdə reper xüsusən də nasizm və köləlik mövzularında verdiyi açıqlamalarla müntəzəm olaraq qalmaqala səbəb olub, bəzən hətta açıq şəkildə nasist simvollarını nümayiş etdirib.
Mənbə
axar.az