Digər
AK Rusiya neftinə qadağanı ləğv etdi
Avropa Komissiyası Rusiya neftinin daşınmasına qoyulan qadağanı 20-ci sanksiya paketindən çıxarıb.
Axar.az xəbər verir ki, bu barədə TASS Brüsseldəki diplomatik mənbəyə istinadla məlumat yayıb.
Məlumata görə, Avropa Komissiyası AB ölkələrinə təcili olaraq bu paketi qısaldılmış formada qəbul etməyi təklif edib:
“Bu məsələ Brüsseldə keçirilən 27 AB ölkəsinin Daimi Nümayəndələr Komitəsinin iclasında müzakirə olunub. İclasda həmçinin Ukrayna üçün 90 milyard avro ayrılması da nəzərdən keçiriləcək”.
Mənbə
axar.az