Digər
Bir milyondan çox "Kapital Bank" müştərisi ictimai nəqliyyatda NFC ödənişlərdən istifadə edir
Bir milyondan çox "Kapital Bank" müştərisi ictimai nəqliyyatda NFC ödənişlərdən istifadə edir. Bu məlumatı "Kapital Bank"ın rəsmisi Cavid Mirzəyev mətbuat konfransında səsləndirib. O qeyd edib ki, bank 2025-ci ildə aidiyyəti dövlət qurumları və "BakıKart"la əməkdaşlıq edərək oktyabr ayından etibarən ictimai nəqliyyatda ödənişlərin rəqəmsallaşmasını təmin edib: "Xüsusən qeyd edim ki, bu yenilik təkcə "Kapital Bank" müştərilərini deyil, bütün bank sektorunu əhatə edir və digər bankların müştəriləri üçün də təmassız ödəniş imkanı yaradır. Rəqəmlərlə danışsaq, müştərilərimizin bir milyondan çoxu bu həldən istifadə edir. Bu isə bazar payının 55%-ini təşkil edir".
Mənbə
oxu.az