Digər

"Kapital Bank" 2025-ci ildə müştərilərdən 7 milyon manatdan çox vəsaitin oğurlanmasının qarşısını alıb

22 Apr 2026, 15:40 1 baxış
"Kapital Bank" 2025-ci ildə müştərilərdən 7 milyon manatdan çox vəsaitin oğurlanmasının qarşısını alıb
"Kapital Bank" 2025-ci ildə müştərilərdən oğurlanma ehtimalı olan 7 milyon 22 min 165 manat vəsaitin oğurlanmasının qarşısını alıb. Bu barədə bu gün keçirilən mətbuat konfransında bankın baş risk inzibatçısı Ağarza Baxşiyev məlumat verib. O qeyd edib ki, 2025-ci il ərzində bank müştərilərinin 1 milyon 2 min 873 kart əməliyyatı və 31 min 353 kart hesabı fırıldaqçılıq əməliyyatı ehtimalı olduğu üçün bank tərəfindən bloklanıb. O həmçinin qeyd edib ki, 2024-cü illə müqayisədə ötən il rəqəmsal fırıldaqçılıq üzrə hücum cəhdlərinin sayı da artıb. Xüsusilə sosial mühəndislik üsulları vasitəsilə müştərilərin manipulyasiya edilməsi və vəsaitlərin mənimsənilməsinə yönələn cəhdlər daha intensiv xarakter alıb. "Kapital Bank" adından saxta reklam, elan, lotereya xarakterli kampaniya həyata keçirdiyini iddia edən 1000-dən çox veb-sayt və sosial media səhifəsi bloklanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər