Digər

SEPAH Hörmüzdə iki gəmini ələ keçirdi

22 Apr 2026, 15:55 1 baxış
SEPAH Hörmüzdə iki gəmini ələ keçirdi

Hörmüz boğazında iki yük gəmisi naviqasiya qaydalarını pozduğuna görə SEPAH tərəfindən ələ keçirilib.


Axar.az xəbər verir ki, bu barədə SEPAH-ın Hərbi Dəniz Qüvvələri məlumat yayıb.


“Ələ keçirilən iki gəmi - “Epaminodes” və “MSC-Francesca” lazımi icazələr olmadan fəaliyyət göstərib və naviqasiya sistemlərinə müdaxilə edərək dəniz təhlükəsizliyini təhlükəyə atıb.


Hörmüz boğazında asayişin və təhlükəsizliyin pozulması qırmızı xəttimizdir”, - bəyanatda bildirilib.


Qeyd edək ki, daha əvvəl SEPAH katerinin Oman sahillərində gəmini atəşə tutmağı barədə məlumat yayılmışdı.

Mənbə axar.az

Oxşar Xəbərlər