Digər

Tramp "Qafqaz"ın sədaları altında... - Video

22 Apr 2026, 10:38 1 baxış
Tramp "Qafqaz"ın sədaları altında... - Video

ABŞ Prezidenti Donald Trampın iştirakı ilə videoçarx yayımlayıb və həmin videonun musiqi müşayiəti kimi "Qafqaz" kompozisiyası seçilib.


Axar.az Oxu.az-a istinadla xəbər verir ki, görüntülər Birləşmiş Ştatların Administrasiyasının Tiktok sosial şəbəkəsində yayımlanıb.


Kadrlarda Ağ Ev rəhbəri "Oklahoma State Cowboys" qolf komandasını improvizə edilmiş qolf çubuğunun zərbəsi ilə salamlayır.


Qeyd edək ki, "Yandex.Musiqi" platformasında yer alan kompozisiyanın məlumat kartında musiqi müəllifi olaraq Elbrus Canmirzəyev göstərilib. Sözügedən trek ifaçının "Brodyaqa" mahnısı ilə eyni səsləşir və ehtimal ki, onun kompozisiyasından götürülmüş sempldir.


Xatırladaq ki, 2025-ci ilin payızında ABŞ prezidentinin komandası internetdə Trampın Skriptonitin treki altında qolf oynadığını əks etdirən başqa bir video da paylaşmışdı.

Mənbə axar.az

Oxşar Xəbərlər