Digər

İran daha bir “İsrail casusu”nu edam etdi

22 Apr 2026, 10:47 1 baxış
İran daha bir “İsrail casusu”nu edam etdi

Bu gün səhər saatlarında Mehdi Fərid adlı məhbus İsrailə casusluq ittihamına görə edam edilib.


Axar.az xəbər verir ki, bu barədə İran məhkəmə sisteminə bağlı “Mizan” saytı məlumat yayıb.


İranın Atom Enerjisi Təşkilatının keçmiş əməkdaşı olan Mehdi Fərid 2022-ci ilin qışında təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi.


O, əvvəlcə Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsi tərəfindən 10 il həbs cəzasına məhkum edilsə də, bir müddət sonra İnqilab Məhkəməsinin 23-cü bölməsində başqa bir məhkəmə prosesindən sonra “İsrailə casusluq” ittihamına görə edam cəzasına məhkum edilmişdi.

Mənbə axar.az

Oxşar Xəbərlər