Digər

Avropadan ruslara böyük qadağa gəlir

22 Apr 2026, 09:00 1 baxış
Avropadan ruslara böyük qadağa gəlir

Ukraynaya qarşı döyüşən Rusiya vətəndaşlarının Avropa Birliyinə girişi qadağan edilə bilər. Müvafiq təklifin Avropa Şurasının iyun ayında keçiriləcək iclasında təqdim edilməsi gözlənilir.


Axar.az xəbər verir ki, bunu AB-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas deyib.


“Avropa Şurasının iyun ayında keçiriləcək iclasına qədər keçmiş rusiyalı döyüşçülərin AB-yə girişini məhdudlaşdırmaq üçün təkliflər hazırlayacağıq", - deyə Kallas bildirib.


Ukraynanın xarici işlər naziri Andrey Sibiqa AB-nin bu təşəbbüsünü dəstəkləyib.

Mənbə axar.az

Oxşar Xəbərlər