Artıq onlar Ukrayna ilə bağlı qərara qarşı deyil - Maçinka
Macarıstan və Slovakiya əvvəlki fikir ayrılıqlarına baxmayaraq, Ukraynaya yardım üzrə ümumavropa mövqeyini dəstəkləyirlər.
Axar.az xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər naziri Pyotr Maçinka Lüksemburqda AB ölkələrinin XİN rəhbərlərinin görüşündən sonra bildirib.
Onun sözlərinə görə, hazırda Budapeşt və Bratislava Ukraynanı dəstəkləməyə yönəlmiş Avropa Birliyinin qərarlarına qarşı deyillər. Maçinka vurğulayıb ki, AB daxilində Ukrayna ilə bağlı əsas məsələlər üzrə birlik qorunub saxlanılır.
Nazir qeyd edib ki, əvvəllər Macarıstan və Slovakiya daha sərt mövqe tutaraq bəzi təşəbbüsləri, o cümlədən Ukraynaya maliyyə yardımını bloklayırdı. Lakin onun sözlərinə görə, hazırda vəziyyət dəyişib.