Cəmiyyət

Bakı metrosunda DƏHŞƏTLİ ANLAR: "28 May" stansiyasında sərnişin qatar yoluna düşdü

21 Apr 2026, 20:46 2 baxış
Bakı metrosunda DƏHŞƏTLİ ANLAR: "28 May" stansiyasında sərnişin qatar yoluna düşdü
Bu gün saat 20:20-də metronun "28 May" stansiyasında sərnişin qatar yoluna düşüb. Oxu.Az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən məlumat verilib. Bildirlib ki, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti əraziyə çağırılıb. İlkin məlumata əsasən, həkimlərin səyinə baxmayaraq, sərnişinin həyatını xilas etmək mümkün olmayıb. Yüksək gərginlik bərpa edildikdən sonra qatar sərnişinsiz yola salınıb və "Nərimanov" stansiyasından elektrik deposuna göndərilib. Hadisə ilə bağlı intervaldan əlavə yubanmalar yaranıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər