Digər

Çindən İrana “hədiyyə” gətirən gəmini ələ keçirdik

21 Apr 2026, 20:51 1 baxış
Çindən İrana “hədiyyə” gətirən gəmini ələ keçirdik

ABŞ ordusu Çindən İrana "hədiyyə" daşıyan bir gəmini ələ keçirib.


Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp CNBC-yə müsahibəsində deyib.


“Gəmidə Çindən bir hədiyyə var idi və bu, çox xoş deyildi. Bir az təəccübləndim”, - deyə o bildirib.


Tramp qeyd edib ki, Çin Prezidenti Si Szinpinlə "qarşılıqlı anlaşma" qurduğuna inanır.


Bir həftə əvvəl isə Tramp Pekinin ona Çinin İrana silah satışının olmayacağına dair zəmanət verdiyini açıqlamışdı.


Qeyd edək ki, Trampın Oman körfəzində ələ keçirilən “Toska” gəmisini nəzərdə tutub-tutmadığı bəlli deyil.

Mənbə axar.az

Oxşar Xəbərlər