Cəmiyyət

Daha 3 xəstəxananın direktoru işdən çıxarıldı

21 Apr 2026, 19:00 2 baxış
Daha 3 xəstəxananın direktoru işdən çıxarıldı

TƏBİB sistemində kadr dəyişiklikləri davam edir.


Axar.az Bakupost.az-a istinadla xəbər verir ki, daha 3 iri tibb müəssisəsinin rəhbəri vəzifəsindən azad edilib.


Belə ki, M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru Könül Ələkbərov, Respublika Uroloji Xəstəxanasının direktoru Pərviz Hacıyev və Abşeron Mərkəzi Rayon Xəstəxanasının direktoru Səkinə Sadıxova vəzifəsindən çıxarılıb.


Məlumatlara görə, son qərarlar TƏBİB-də başlanmış genişmiqyaslı idarəetmə və kadr islahatlarının növbəti mərhələsi hesab olunur.


Qeyd edək ki, bundan əvvəl “Yeni Klinika”nın direktoru, eləcə də TƏBİB rəhbərinin bir neçə müşavirinin işdən azad olunması barədə xəbərlər yayılmışdı.

Mənbə axar.az

Oxşar Xəbərlər