Digər

Trampdan İrana: Onları azad edin! - Foto

21 Apr 2026, 18:30 1 baxış
Trampdan İrana: Onları azad edin! - Foto

ABŞ Prezidenti Donald Tramp İran hökumətindən edam hökmünə məhkum edilmiş səkkiz qadını azad etməyi xahiş edib.


Axar.az xəbər verir ki, o, bu barədə "Truth Social" şəbəkəsində yazıb.


"Tezliklə mənim nümayəndələrimlə danışıqlar aparacaq İran rəsmilərinə müraciət edirəm: Bu qadınların azad edilməsinə görə çox minnətdar olaram. Əminəm ki, bu addım lazımi qaydada qiymətləndiriləcək. Xahiş edirəm, onlara zərər verməyin - bu, danışıqlarımız üçün yaxşı başlanğıc ola bilər. Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirəm", - Tramp vurğulayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər