Cəmiyyət

“Yeni Klinika”nın direktoru işdən çıxarıldı

21 Apr 2026, 18:43 2 baxış
“Yeni Klinika”nın direktoru işdən çıxarıldı

"Yeni Klinika"nın direktoru Barat Yusubov vəzifəsindən azad edilib.


Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in icraçı direktoru Anar Bayramov tərəfindən müvafiq əmr imzalanıb.


Məlumata əsasən, Barat Yusubovun ərizəsi bir müddət əvvəl alınıb və bu gün rəsmiləşdirilib.


Qeyd edək ki, bu gün TƏBİB rəhbərinin daha beş müşavirinin də vəzifədən azad edilməsi barədə məlumat yayılıb.


Bütün bu proseslərlə bağlı TƏBİB-in İctimaiyyətlə əlaqələr departamentindən isə hər hansı açıqlama almaq mümkün olmayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər