Cəmiyyət
Metroda yaranan problemlə bağlı 21 təcili tibbi yardım briqadası cəlb olunub - Xəsarət alanlar var?
"Aprelin 21-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı metrosunda baş verən hadisə ilə əlaqədar çağırış ünvanına 21 təcili tibbi yardım briqadası cəlb olunub". Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib. "Təcili tibbi yardım briqadaları tərəfindən iki nəfər (qadın) - 25 həftəlik hamilə qadın və sağ çiynin travması diaqnozu təyin olunan 43 yaşlı şəxs Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunublar. Doqquz nəfərə arterial hipertenziya və stresə qarşı reaksiya səbəbi ilə yerində yardım göstərilib", - deyə məlumatda vurğulanıb. Xatırladaq ki, bu gün saat 12-də Bakı Metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.
Mənbə
oxu.az