Cəmiyyət
Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü - Foto
Lənkəran rayonunun Xanbulan kənd sakini Rahim Əbdül oğlu İbadov Rusiya-Ukrayna müharibəsində ölüb.
Axar.az xəbər verir ki, bu barədə hərbi bloger Tofiq Şahmuradov sosial şəbəkədə məlumat yayıb.
Məlumata görə, o, Rusiya Silahlı Qüvvələrinin tərkibində hərbi əməliyyatlarda iştirak edib.
Qeyd edək ki, mərhumun nəşi Lənkəranda, doğma kəndində basdırılıb.
Mənbə
axar.az