Cəmiyyət
Yeni Suraxanı qəsəbəsində yollar bərbad durumdadır: Sakinlərdən ŞİKAYƏT - VİDEO
Bakı şəhərinin Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsində yol infrastrukturunun acınacaqlı vəziyyəti sakinlərin narazılığına səbəb olub. Bu barədə Oxu.Az-a ərazidə yaşayan vətəndaşlar müraciət ediblər. Onların sözlərinə görə, küçədə yollar uzun müddətdir təmir olunmur və demək olar ki, hərəkət üçün yararsız durumdadır. Sakinlərin sözlərinə görə, yolun müxtəlif hissələrində çoxsaylı çuxurlar yaranıb, asfalt örtüyü sıradan çıxıb. Bəzi yerlərdə dərin çalalar səbəbindən nəqliyyat vasitələrinin hərəkəti çətinləşib.
Mənbə
oxu.az