Cəmiyyət

Keçmiş məcburi köçkün: "Xocavəndə qayıtmağı illərdir gözləmişik"

21 Apr 2026, 11:52 2 baxış
Keçmiş məcburi köçkün: "Xocavəndə qayıtmağı illərdir gözləmişik"
"19 yaşında Xocavənddən çıxmışam, 55 yaşında qayıdıram". Oxu.Az xəbər verir ki, bu sözləri Xocavəndin Qırmızı Bazar qəsəbəsinə köç edən keçmiş məcburi köçkün Nahidə Məmmədova deyib. O bildirib ki, gəlini, nəvələri və oğlanları ilə qayıdır: "Bu günü illərlə səbirsizliklə gözləmişik. Şükürlər olsun ki, ailəmlə birlikdə doğma torpağa qayıdıram. Bu, mənim üçün sözlə ifadə olunmayacaq qədər böyük sevincdir. İstəyirəm ki, nəvələrim də Xocavəndin havasını udsun, orada böyüsünlər".
Mənbə oxu.az

Oxşar Xəbərlər