Cəmiyyət

Qobustanda bir ailənin dörd üzvü zəhərləndi

21 Apr 2026, 11:08 2 baxış
Qobustanda bir ailənin dörd üzvü zəhərləndi

Qobustan rayonunda bir ailənin dörd üzvü zəhərlənib.


Axar.az Azərtac-a istinadla xəbər verir ki, rayon sakinləri - 30 yaşlı X.Mədətova, 11 yaşlı F.Mədətova, 10 yaşlı M.Mədətov və 4 yaşlı A.Mədətov ilkin ehtimallara görə, yaşadıqları evdə dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.


Zərərçəkənlərə ilkin tibbi yardım göstərilib, hazırda müalicələri davam edir. Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.


Faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər