Cəmiyyət

Qod Nisanova fəxri ad verildi - Foto

21 Apr 2026, 11:15 2 baxış
Qod Nisanova fəxri ad verildi - Foto

Rusiyanın Azərbaycan əsilli milyarderi Qod Nisanov “Sankt-Peterburqun Fəxri Xeyriyyəçisi” adını alıb.


Axar.az xəbər verir ki, bu barədə “Minval” məlumat yayıb.


Məlumata görə, Sankt-Peterburqun Qanunvericilik Məclisinin sədri Aleksandr Belski “Kiyevskaya Ploşad”ın həmtəsisçisi Qod Nisanova “Sankt-Peterburqun Fəxri Xeyriyyəçisi” döş nişanını təqdim edib.


Qeyd olunub ki, mükafat humanitar işlərə və mədəni irsin qorunmasına verdiyi töhfələrə, o cümlədən Kronştadt Dəniz Katedralının və digər tarixi binaların bərpasına görə verilib.

Mənbə axar.az

Oxşar Xəbərlər