Siyasət

Bayramov Tailandın baş naziri ilə görüşdü - Foto

20 Apr 2026, 10:06 1 baxış
Bayramov Tailandın baş naziri ilə görüşdü - Foto

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 82-ci sessiyası çərçivəsində Tailandın Baş naziri Anutin Çarnvirakul ilə görüşüb.


Axar.az xəbər verir ki, bu barədə C.Bayramov X hesabında yazıb.


"Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının 82-ci sessiyası çərçivəsində (UNESCAP) cənab Anutin Çarnvirakul ilə görüşməkdən şərəf duyuram.


Tərəfdaşlığımızı daha da inkişaf etdirməyi səbirsizliklə gözləyirəm", - C.Bayramov qeyd edib.


Qeyd edək ki, C.Bayramov Tailand Krallığının paytaxtı Banqkok şəhərində işgüzar səfərdədir. XİN başçısının 20 apreldə Azərbaycanın sədrliyi ilə keçiriləcək BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının 82-ci sessiyasında iştirakı və çıxışı, habelə yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Mənbə axar.az

Oxşar Xəbərlər