Siyasət

Ceyhun Bayramov Tailandın baş naziri ilə görüşüb - FOTO

20 Apr 2026, 08:22 1 baxış
Ceyhun Bayramov Tailandın baş naziri ilə görüşüb - FOTO
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Asiya və Sakit okean üzrə Birləşmiş Millətlər Təşkilatının (BMT) İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 82-ci sessiyası çərçivəsində Tailandın Baş naziri Anutin Çarnvirakul ilə görüşüb. Oxu.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, tərəflər Azərbaycanın UNESCAP-a sədrliyi dövründə prioritetlərini, Azərbaycan ilə Tailand arasında ikitərəfli münasibətlərin perspektivlərini, həmçinin regional məsələləri müzakirə ediblər. "Asiya və Sakit okean üzrə BMT İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 82-ci sessiyası çərçivəsində Anutin Çarnvirakul ilə görüşməkdən məmnun oldum. Tərəfdaşlığımızı daha da inkişaf etdirməyi səbirsizliklə gözləyirəm", - deyə C. Bayramov "X" hesabında qeyd edib.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər