Siyasət

Muxtar Babayev COP31-in prezidenti ilə görüşüb - FOTO

19 Apr 2026, 10:42 1 baxış
Muxtar Babayev COP31-in prezidenti ilə görüşüb - FOTO
Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Antalyada Türkiyənin ekologiya, şəhərsalma və iqlim dəyişiklikləri naziri və COP31-in prezidenti Murat Kurum ilə görüşüb. Oxu.Az xəbər verir ki, M.Babayev bu barədə "X" sosial şəbəkə hesabında yazıb.
Antalya Diplomatik Forumu çərçivəsində baş tutan görüşdə Azərbaycanın davamlılığı təmin edərək COP-a dəstək olmaq üçün COP31 Sədrliyi ilə birlikdə çalışacağı vurğulanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər