Siyasət
KİV: Corcia Meloni Azərbaycana səfər edəcək
İtaliyanın Baş naziri Corcia Meloninin yaxın həftələrdə Azərbaycana rəsmi səfəri gözlənilir. Oxu.Az "Euronews"a istinadən xəbər verir ki, səfərin məqsədi siyasi dialoqun gücləndirilməsi və enerji tərəfdaşlığının genişləndirilməsidir. Məlumata görə, may-iyun aylarında baş tutması gözlənilən səfər - davam edən siyasi və iqtisadi əməkdaşlıq çərçivə sazişinin bir hissəsidir. Qeyd olunub ki, enerji sahəsi Roma ilə Bakı arasında münasibətlərin əsas istiqamətlərindən biri hesab olunur. Azərbaycan təbii qazı İtaliyaya Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə ixrac edir. Bu boru kəməri Cənub Qaz Dəhlizi layihəsinin tərkib hissəsidir və Xəzər regionunu Avropa ilə birləşdirir.
Mənbə
oxu.az