Siyasət

Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdən danışdı

19 Apr 2026, 00:41 1 baxış
Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdən danışdı

Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın xarici işlər naziri Bəxtiyar Saidov ilə görüşüb.


Axar.az Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, görüşdə iki qardaş ölkə arasında ikitərəfli və çoxtərəfli forumlarda müttəfiqlik münasibətləri, eləcə də Yaxın Şərqdəki mövcud təhlükəsizlik vəziyyəti müzakirə olunub.


Görüşdə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Mənbə axar.az

Oxşar Xəbərlər