Digər

SEPAH qayıqları Hörmüzdə tankerə atəş açdı

18 Apr 2026, 15:32 1 baxış
SEPAH qayıqları Hörmüzdə tankerə atəş açdı

15:00


Bu gün Hörmüz boğazını keçməyə çalışan ən azı iki ticarət gəmisi atəşə tutulub.


Axar.az APA-ya istinadla xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.


Hadisə zamanı gəmilərin nə dərəcədə zərər görməsi və insidentin nəticələri hələlik dəqiq müəyyən edilməyib.


Dənizçilik və təhlükəsizlik üzrə üç mənbə bildirib ki, insident boğazdan keçid zamanı baş verib.


Lakin hücumun kim tərəfindən həyata keçirildiyi və ya hansı şəraitdə baş verdiyi barədə əlavə detallar açıqlanmayıb, araşdırma aparıldığı bildirilib.


***


Omanın şimal-şərqindən təxminən 20 dəniz mili məsafədə SEPAH-a məxsus iki hərbi qayıq bir tankerə yan alıb.


Böyük Britaniyanın Dəniz Təhlükəsizliyi Agentliyini - UKMTO-nun məlumatına əsasən, radio vasitəsilə hər hansı xəbərdarlıq etmədən tankerə atəş açılıb.


Hadisə zamanı ekipajın xəsarət almadığı bildirilir.

Mənbə axar.az

Oxşar Xəbərlər