Siyasət

Ceyhun Bayramov NATO rəsmisi ilə görüşüb - FOTO

18 Apr 2026, 14:26 1 baxış
Ceyhun Bayramov NATO rəsmisi ilə görüşüb - FOTO
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində NATO-nun Tərəfdaşlıqlar üzrə baş katibinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə Xüsusi Nümayəndəsi səfir Kevin Hamilton ilə görüşüb. Oxu.Az xəbər verir ki, nazir bu barədə sosial şəbəkə hesabında paylaşım edib. XİN rəhbəri görüşdən məmnunluğunu bildirib. O qeyd edib ki, görüş zamanı Azərbaycan-NATO tərəfdaşlığının gücləndirilməsi Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində uzunmüddətli əməkdaşlığa əsaslanaraq müzakirə olunub. "Enerji təhlükəsizliyi və kritik infrastrukturun qorunması sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirildi. Regiondakı son inkişaflar, o cümlədən Ermənistanla normallaşma səyləri, azad edilmiş ərazilərdə aparılan bərpa işləri və davamlı sülhə doğru atılan addımlar barədə məlumat verildi. Qlobal təhlükəsizlik çağırışları ilə bağlı fikir mübadiləsi aparıldı, Yaxın Şərqdə gərginliyin azaldılmasının vacibliyi vurğulandı", - deyə C.Bayramov qeyd edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər