Digər

Rus ordusu bu şəhərə əlavə qüvvələr toplayır

18 Apr 2026, 09:09 1 baxış
Rus ordusu bu şəhərə əlavə qüvvələr toplayır

Rusiya Donetsk vilayətində Mirnoqrad şəhərinin cənubuna əlavə qüvvələr toplayır və yaşayış binalarını təbii sığınacaq kimi istifadə edir.


Axar.az xəbər verir ki, bu barədə Ukraynanın Desant-Hücum Qoşunlarının 7-ci sürətli reaksiya korpusunun kommunikasiya rəisi Vladimir Polevoy bildirib.


“Düşmən hazırda Pokrovsk və Mirnoqradın yaşayış məntəqələri daxilində üstünlüyə malikdir. Bu ərazilər ona ilk növbədə sığınacaq verir”, – deyə o qeyd edib.


Onun sözlərinə görə, zərbələrin endirilməsi çətinləşir, çünki adi taktiki FPV-lərin (100 km məsafəli “Middle Strike” kateqoriyalı PUA-lardan fərqli olaraq) fəaliyyətinə şəhər infrastrukturu mane olur:


“Mirnoqrad və Pokrovskun hündürmərtəbəli binaları sanki dağlar kimidir, meşə kimi Rusiya logistikasının qarşısında dayanaraq onların radioufqunu örtür”.

Mənbə axar.az

Oxşar Xəbərlər