Siyasət

İranın Hörmüzlə bağlı planı regionda yeni iqtisadi və siyasi risklər yaradır - VİDEO

18 Apr 2026, 02:24 1 baxış
İranın Hörmüzlə bağlı planı regionda yeni iqtisadi və siyasi risklər yaradır - VİDEO
Hörmüz boğazı ətrafında yaranan gərginlik artıq regional təhlükəsizlik məsələsindən çıxaraq qlobal iqtisadiyyatın ən həssas nöqtələrindən birinə çevrilib. Oxu.Az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib. İran parlamentindən səslənən son açıqlamalara görə, Tehran bu strateji su yoluna nəzarəti gücləndirməklə illik 10-15 milyard dollara qədər gəlir əldə etməyi mümkün hesab edir.
Parlament rəsmilərinin bildirdiklərinə görə, bu gəlir əsasən boğazdan keçən gəmilərdən tranzit ödənişləri və logistik rüsumlar hesabına formalaşa bilər. Hətta bəzi planlarda bu ödənişlərin İranın milli valyutası olan rialla aparılması nəzərdə tutulur. Bu da rəsmi Tehranın məqsədinin əslində iqtisadi gəlirdən daha çox, valyutanın sabitləşdirilməsi və regional maliyyə təsirinin artırılması olduğunu göstərir. Lakin ekspertlər hesab edirlər ki, bu modelin tətbiqi həm siyasi, həm də təhlükəsizlik baxımından ciddi risklər yaradır. Çünki Hörmüz boğazı yalnız İran üçün deyil, dünya enerji ticarəti üçün əsas arteriyalardan biridir. Qlobal neft daşımalarının təxminən beşdə biri bu marşrutdan keçir. Məhz buna görə boğazda hər hansı ciddi məhdudiyyət və ya gərginlik qlobal bazarlarda dərhal əks-səda doğurur. Neft qiymətlərində artım, sığorta xərclərinin yüksəlməsi və tədarük zəncirində pozulmalar ilk təsirə məruz qalan sahələrdir.
Mənbə oxu.az

Oxşar Xəbərlər