Siyasət

Şahbaz Şərif Antalyada İlham Əliyevlə keçirdiyi görüşdən paylaşım edib

18 Apr 2026, 01:14 1 baxış
Şahbaz Şərif Antalyada İlham Əliyevlə keçirdiyi görüşdən paylaşım edib
"5-ci Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşümdə gündən-günə artan Pakistan-Azərbaycan tərəfdaşlığının daha da gücləndirilməsi ilə bağlı məhsuldar müzakirə apardıq". Oxu.Az xəbər verir ki, bunu Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif "X" sosial şəbəkə hesabında yazıb. "Antalyada keçirilən 5-ci Antalya Diplomatiya Forumu çərçivəsində əziz qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüyüm üçün çox şadam. Gündən-günə artan Pakistan-Azərbaycan tərəfdaşlığının daha da gücləndirilməsi ilə bağlı məhsuldar müzakirə apardıq", - deyə o, paylaşımında vurğulayıb.
Şahbaz Şərif Antalyada İlham Əliyevlə keçirdiyi görüşdən paylaşım edib
Mənbə oxu.az

Oxşar Xəbərlər