Digər

AB-nin bu qərarına görə məhkəməyə müraciət olunacaq - Fitso

18 Apr 2026, 00:56 1 baxış
AB-nin bu qərarına görə məhkəməyə müraciət olunacaq - Fitso

Slovakiya yaxın günlərdə Avropa Birliyinin Rusiya qazının idxalına qadağa qərarına qarşı məhkəməyə müraciət edəcək.


Axar.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Robert Fitso məlumat verib.


Onun sözlərinə görə, iddia Avropa Birliyi məhkəməsinə təqdim olunacaq:


“Slovakiya hökuməti hesab edir ki, bu, AB müqavilələrinin əsaslandığı bütün prinsiplərin açıq şəkildə pozulmasıdır. Sanksiyalar və xarici siyasətlə bağlı qərarlar yekdilliklə qəbul olunmalıdır”.


Fitso bildirib ki, hökumət iddianı müəyyən olunmuş son tarixə – 27 aprelə qədər təqdim edəcək.


Qeyd edək ki, 2027-ci ilin sonuna qədər tətbiqi planlaşdırılan Rusiya qazının idxalına qadağa böyük səs çoxluğu ilə təsdiqlənib. Bu isə ilin əvvəlində qərarın qəbulunda Slovakiya və Macarıstanın müqavimətini aşmağa imkan verib. Macarıstan artıq bu qadağaya qarşı iddia qaldırıb.

Mənbə axar.az

Oxşar Xəbərlər