Digər
SEPAH Hörmüz boğazı ilə bağlı yeni qaydaları elan etdi
Hörmüz boğazından gəmilərin hərəkətinə yalnız İranın icazəsi və nəzarəti altında icazə veriləcək.
Axar.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Komandanlığının bəyanatında bildirilib.
Bəyan edilib ki, bu qaydalar atəşkəs müqaviləsi və Livanda atəşkəs müqaviləsinin qüvvəyə minməsi çərçivəsində tətbiq edilir.
Qeyd edək ki, bu gün İran xarici işlər naziri Abbas Arakçı Hörmüz boğazının atəşkəs müddətində açıq olacağını açıqlayıb.
Mənbə
axar.az