Digər

Batya onları orduya çağırdı: Ukraynaya qarşı savaş başlayır?

17 Apr 2026, 23:28 1 baxış
Batya onları orduya çağırdı: Ukraynaya qarşı savaş başlayır?

Belarus ehtiyatda olan zabitlər üçün çağırış elan edib.


Axar.az xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko fərman imzalayıb.


Fərmana əsasən, 27 yaşadək ehtiyatda olan zabitlər hərbiyə çağırılıb. Onlar daxili qoşunlara və sərhəd xidmətinə göndəriləcəklər.


Çağırılan zabitlərin sayı barədə məlumat verilməyib.


Qeyd edək ki, daha öncə də Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın yenidən Belarusu Ukraynaya qarşı müharibəyə cəlb etməyə çalışdığı barədə açıqlama verib.

Mənbə axar.az

Oxşar Xəbərlər