Digər
İran razılığa gəldi, bir daha bunu etməyəcək - Tramp
İran hakimiyyəti Hörmüz boğazını bir daha bağlamamaq barədə razılığa gəlib.
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.
Tramp İranın boğazı bir daha bağlamayacağı ilə bağlı öhdəlik götürdüyünü bildirib.
Onun sözlərinə görə, İran həmçinin dəniz minalarını da aradan qaldırır:
"İran ABŞ-ın köməyi ilə bütün dəniz minalarını çıxarıb və ya çıxarmaqdadır".
Qeyd edək ki, bir müddət öncə İran xarici işlər naziri Abbas Arakçı Hörmüz boğazının atəşkəs müddətində açıq olacağını açıqlayıb.
Mənbə
axar.az