Digər
Hücumdan sonra həmin məktəb bağlandı
Aprelin 15-də Qəhrəmanmaraşda silahlı insident baş verən Ayser Çalık orta məktəbi fəaliyyətini dayandırıb.
Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, Cümhuriyyət Xalq Partiyasının Qəhrəmanmaraş üzrə nümayəndəsi Ünal Atəş aprelin 20-dən həmin məktəbdə tədris həyata keçirilməyəcəyini açıqlayıb.
Məktəbdə təhsil alan şagirdlər digər təhsil müəssisələrinə yönləndiriləcək.
Xatırladaq ki, aprelin 15-də Qəhrəmanmaraşda məktəbə silahlı hücum nəticəsində ölənlərdən biri müəllim, digərləri şagirddir.
Mənbə
axar.az