Cəmiyyət

Xəzərdə 97 suitinin cəsədi aşkarlandı

17 Apr 2026, 17:15 2 baxış
Xəzərdə 97 suitinin cəsədi aşkarlandı

Qazaxıstanda Xəzər dənizi sahillərində 97 suitinin cəsədi aşkarlanıb.


Axar.az xəbər verir ki, bu barədə Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq Komitəsi məlumat yayıb.


“Səhər saatlarında Qazaxıstanın Tupkaraqan rayonunda “Qırmızı kitab”a daxil olmuş suitilərin cəsədi aşkarlanıb. Suitilər bir ay əvvəl ölsələr də, onları qərb küləyinin dalğası sahilə bu gün atıb. Heyvanların ölüm səbəbini müəyyən etmək üçün mütəxəssislər cəsədlərdən nümunələr götürüblər”, - məlumatda deyilib.

Mənbə axar.az

Oxşar Xəbərlər