Cəmiyyət
Hava DƏYİŞƏCƏK: Yağış, qar yağacaq və sel keçəcək
Aprelin 19-da Azərbaycanın dağlıq və dağətəyi rayonlarında, 20-dən 21-i gündüzədək isə bəzi yerlərində hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.
Mənbə
oxu.az