Cəmiyyət
Bu yolda təmir ciddi tıxaca səbəb oldu - Video
Binəqədi yolunda güclü tıxac yaranıb.
Axar.az Bakupost.az-a istinadla xəbər verir ki, buna səbəb yolda aparılan təmir işləridir.
Məlumata görə, sözügedən yol bir müddət əvvəl təmir olunsa da, güclü yağışlardan sonra yenidən çökək əmələ gəlib.
Hazırda təmir işləri aparıldığı üçün yolun bir hissəsi bağlanıb. Nəticədə ərazidə nəqliyyatın hərəkəti xeyli çətinləşib, uzun tıxac yaranıb.
Mənbə
axar.az