Dünya

Hindistanlı sahibkar həmyerlisini qabaqlayaraq Asiyanın ƏN VARLI ADAMI oldu

17 Apr 2026, 14:46 1 baxış
Hindistanlı sahibkar həmyerlisini qabaqlayaraq Asiyanın ƏN VARLI ADAMI oldu
Hindistanlı iş adamı Qautama Adani 92.6 milyard dollarlıq sərvəti ilə Asiyanın ən varlı şəxsi olub. Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Bildirilib ki, sözügedən sahibkar dünya üzrə ən zəngin insanların sıralamasında 19-cu yerə yüksəlib. Adani asiyalı milyarderlərin reytinqində birinci yerdə mövqe tutan hindistanlı sahibkar Mukeş Ambanini (90.8 milyard dollar) qabaqlaya bilib. 2026-cı ildə fond bazarlarında səhm məzənnələrinin kəskin dəyişməsi səbəbindən Adaninin "Adani Group" konqlomeratının aktivləri 8.1 milyard dollar artıb. Ambaninin "Reliance Industries" konserni isə 16.9 milyard dollar itirib. Dəyişkən dinamikanı Bombey Fond Birjasında keçirilən ticarət sessiyası da təsdiqləyib. Burada "Adani Group"un qiymətli kağızlarının dəyəri yenidən kəskin yüksəlib və nəticədə Adaninin sərvəti bir gündə 3.6 milyard dollar artıb. "The Economic Times" nəşrinin məlumatına görə, Adani və Ambaninin sərvətlərindəki kəskin dəyişikliklər Hindistanın baza indekslərinin düşməsi fonunda baş verib. Bu da Yaxın Şərqdəki münaqişə nəticəsində ticarət gərginliyinin artması, neft tədarük zəncirlərindəki fasilələr və ABŞ-nin qeyri-müəyyən tarif siyasəti səbəbindən qlobal bazarın zəifliyini əks etdirir.
Mənbə oxu.az

Oxşar Xəbərlər