Cəmiyyət
Xırdalanda yaşayış kompleksindəki YANĞIN söndürülüb
Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın qısa müddətdə söndürülüb. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən bildirilib. Qeyd olunub ki, əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətinin qüvvələri cəlb olunublar. Əlavə məlumat veriləcək. Xırdalan şəhərində yerləşən "Kristal Abşeron" yaşayış kompleksində mənzillərdən birində yanğın başlayıb. Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisənin baş verdiyi mənzilə daxil olmaq mümkün deyil, yanğının miqyası isə genişlənir. Qeyd edək ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunublar.
Mənbə
oxu.az