Cəmiyyət

Arvadını qətlə yetirdi, evi partlatdı, özü də öldü - Video

17 Apr 2026, 14:42 2 baxış
Arvadını qətlə yetirdi, evi partlatdı, özü də öldü - Video

Bakının Binəqədi rayonunda dəhşətli ailə faciəsi baş verib.


Axar.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə bu saatlarda Binəqədi rayonunun Baksol adlanan ərazisindəki yaşayış massivində qeydə alınıb.


Həmin ərazidəki mənzillərdən birində yaşayan şəxs arvadını xüsusi amansızlıqla qətlə yetirib.


Məlumata görə, hadisəni törədən şəxs qətli törədəndən sonra qazı açıb. Nəticədə partlayış baş verib. Qətl törədən kişi də hadisə yerində ölüb.


Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.


Mənbə axar.az

Oxşar Xəbərlər