Cəmiyyət

Sumqayıtda toyda ölüm hadisəsi baş verib

17 Apr 2026, 13:58 2 baxış
Sumqayıtda toyda ölüm hadisəsi baş verib
Sumqayıt şəhərində yerləşən şadlıq evlərindən birində ölüm hadisəsi baş verib. Oxu.Az "Teleqraf"a istinadən xəbər verir ki, şəhər sakini, 1975-ci il təvəllüdlü Gülüstan Şahlar qızı Əhmədova toy mərasimində iştirak edərkən halı qəfil pisləşib. Ona ilkin tibbi yardım göstərilməsinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır, ölümün səbəbləri müəyyənləşdirilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər