Digər

“Eyzenhauer”də yanğın: 3 dənizçi xəsarət aldı

17 Apr 2026, 13:14 1 baxış
“Eyzenhauer”də yanğın: 3 dənizçi xəsarət aldı

ABŞ-ın “Duayt Eyzenhauer” (USS Dwight D. Eisenhower) təyyarədaşıyan gəmisində təmir zamanı yanğın baş verib.


Axar.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri İnstitutu məlumat yayıb.


“Çərşənbə axşamı Virciniya ştatının Portsmut şəhərindəki Norfolk Hərbi Dəniz Qüvvələri Zavodunda müntəzəm təmir işləri zamanı “Duayt Eyzenhauer” təyyarədaşıyan gəmisində yanğın baş verib. Gəminin heyəti və gəmiqayırma zavodunun işçiləri dərhal yanğını lokallaşdırıb və söndürüblər. Hadisə nəticəsində üç dənizçi xəsarət alıb. Gəminin heyəti zərərçəkənlərə tibbi yardım göstərib, daha sonra onlar öz vəzifələrinə qayıdıblar”, - məlumatda deyilib.

Mənbə axar.az

Oxşar Xəbərlər