Cəmiyyət
"Yüksəliş" layihəsində xaricdə təhsil almış 280-dən çox namizəd mübarizə aparır
"Yüksəliş" müsabiqəsinin VI mövsümü üzrə doktorantura, aspirantura səviyyəsində təhsil alan iştirakçıların sayı 1 185 nəfər təşkil edib. Onlardan 903 nəfər bu təhsil pilləsini Azərbaycanda alıb. Xaricdə doktorantura/aspirantura təhsili almış iştirakçıların ümumi sayı 282 nəfərdir. Onlardan 270 nəfər doktorantura/aspirantura mərhələsini yalnız xaricdə, 12 nəfər isə həm Azərbaycanda, həm də xaricdə keçib". Oxu.Az xəbər verir ki, bu fikirləri "Yüksəliş" müsabiqəsinin mətbuat konfransında gənclər və idman nazirinin müavini, "Yüksəliş" müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev deyib. O bildirib ki, qarşıda müsabiqənin növbəti mərhələsi olan onlayn formatda keçirilən ümumi biliklər imtahanı gəlir: "Bu mərhələdə iştirakçılara Azərbaycan və dünya üzrə tarix, coğrafiya, ədəbiyyat və mədəniyyət, idarəetmənin əsasları, eləcə də müasir trendləri əhatə edən 4 blok üzrə 25 sual təqdim olunacaq. Bu mərhələ iştirakçıların ümumi dünyagörüşünü və bilik səviyyəsini ilkin şəkildə qiymətləndirməyə imkan verəcək. Ümumi biliklər imtahanında uğur qazanan namizədlər müsabiqənin növbəti mərhələlərinə - Analitik təhlil, İdarəetmə bacarıqları, Yarımfinal və Final etaplarına vəsiqə əldə edəcəklər".
Mənbə
oxu.az