Cəmiyyət
Azərbaycanda qatarların sürəti artırılacaq?
"Azərbaycanda sürət qatarlarının sürətinin artırılması müzakirə olunmur". Oxu.Az xəbər verir ki, bunu Kürdəmir Dəmiryol Stansiyasının açılış mərasimində "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov deyib. Qurum rəsmisi bildirib ki, Azərbaycan ərazisində mövcud infrastrukturun maksimal sürət olaraq 140 km/saat müəyyən olunub: "Qatarlar həmin sürətlə hərəkət edirlər. Bu sürət ADY üçün maksimal hesab olunur. Qatarların sürətinin artırılması ilə bağlı hər hansı işlər aparılmır".
Mənbə
oxu.az