Dünya
Kastronun nəvəsinin Trampa göndərdiyi gizli məktub aeroportda ələ keçdi
Kubanın sabiq rəhbəri Raul Kastronun nəvəsi Rodriges Kastro ABŞ Prezidenti Donald Trampa məxfi məktub göndərməyə cəhd edib. Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "The Wall Street Journal" məlumat yayıb. Xəbərə əsasən, nəvə Kastro keçən həftə tanınmış Havanalı biznesmen vasitəsilə Ağ Ev rəhbərinə gizli məktub ötürmək barədə anlaşıb. Lakin diplomatik yollardan kənar edilən bu cəhdin qarşısı Mayami hava limanında alınıb və ismarışın ABŞ liderinə çatdırılmasına imkan verilməyib. Qəzetin məqaləsində qeyd olunur ki, məktub diplomatik protokollara uyğun tərtib edilib və üzərində Kubanın rəsmi möhürü olub. Müraciətdə ABŞ prezidentinə sanksiyaların yüngülləşdirilməsi, investisiya və iqtisadi müqavilələrin bağlanması təklif edilib. Bununla yanaşı, məktub müəllifi Trampı Kubanın ABŞ ərazilərinə hücuma hazırlaşması ilə təhdid edib.
Mənbə
oxu.az