Dünya

Donald Tramp: "ABŞ ehtiyac yaranacağı təqdirdə İtaliyaya yardım etməyəcək"

17 Apr 2026, 11:26 1 baxış
Donald Tramp: "ABŞ ehtiyac yaranacağı təqdirdə İtaliyaya yardım etməyəcək"
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Vaşinqtonun ehtiyac yaranacağı təqdirdə İtaliyaya yardım göstərməyəcəyini bəyan edib. Oxu.Az xəbər verir ki, Ağ Ev lideri bu barədə "Truth Social" platformasında açıqlama yayıb. "İtaliyanın dəstəyini görmədik, buna görə biz də ona yardım etməyəcəyik", - deyə o, paylaşımında qeyd edib. Bununla o, "The Guardian" qəzetinin Romanın Vaşinqtonun Siciliyadakı Siqonella hərbi bazasına daxil olmasını qadağan etdiyi barədə yaydığı xəbərə münasibət bildirib. Qeyd olunub ki, ABŞ bombardmançıları Yaxın Şərqə istiqamət almazdan əvvəl həmin hərbi bazada eniş etməyi planlaşdırıb. Lakin Birləşmiş Ştatlar eniş üçün icazəni yalnız təyyarələr Siciliyaya uçarkən tələb etdiyi üçün imtina verilib. Mənbə onu da vurğulayıb ki, bu müddət silahlı təyyarələr üçün zəruri olan İtaliya parlamentinin razılığını əldə etmək üçün yetərli deyil. Məlumata görə, hələ 1950-ci illərin sonlarında ABŞ və İtaliya arasında bağlanmış müqavilələrə əsasən, fövqəladə vəziyyətlər xaricində, hərbi bazalar hərbi münaqişələrdə istifadə olunan silahların daşınması üçün tranzit mərkəzi kimi deyil, yalnız logistika və təlim məqsədilə tətbiq oluna bilər. Xatırladaq ki, Tramp NATO-nu "kağız pələng" adlandıraraq, alyansı düşmənlərə qorxu sala biləcək qüvvə hesab etmədiyini diqqətə çatdırıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər