Dünya

Sürətli Günəş küləyi Yerə yaxınlaşır: Maqnit fırtınası gözlənilir

17 Apr 2026, 11:42 1 baxış
Sürətli Günəş küləyi Yerə yaxınlaşır: Maqnit fırtınası gözlənilir
Günəşdəki koronal dəlikdən qaynaqlanan və Yerə doğru hərəkət edən sürətli günəş küləyi axını səbəbindən yaxın 24 saat ərzində geomaqnit fırtınaları başlayacağı proqnozlaşdırılır. Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, bu xəbərdarlığı Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyası, eləcə də qurumun Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutu edib. "Proqnozlara əsasən, günün sonunadək Günəşin iri tac dəliyindən çıxan sürətli külək axını Yer kürəsinə daxil olacaq və nəticədə 2-3 gün davam edəcək qeyri-sabit geomaqnit vəziyyəti yaranacaq. Planetimiz təqribən bir həftə müddətində bu sürətli axının təsiri altında qalacaq. Lakin ən kəskin reaksiyanın ilk iki gündə - şənbə və bazar günlərində baş verəcəyi, Yerin yeni xarici şəraitə adaptasiya olunaraq ən yüksək qeyri-sabitlik mərhələsindən keçəcəyi ehtimal edilir. Gözlənilir ki, bazar ertəsi maqnit sahəsi yenidən xarici mühitlə balanslaşacaq və geomaqnit fırtınasının ən aktiv dövrü yekunlaşacaq", - deyə açıqlamada bildirilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər