Digər

ABŞ raketləri İrana atır – AB-yə xəbərdarlıq etdi

17 Apr 2026, 10:53 1 baxış
ABŞ raketləri İrana atır – AB-yə xəbərdarlıq etdi

ABŞ Yaxın Şərqdəki müharibə səbəbindən mövcud müqavilələr çərçivəsində silah tədarükündə gecikmələrlə bağlı bir sıra Avropa ölkəsini xəbərdar edib.


Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.


Məlumata görə, İranla döyüşlər Amerika silah ehtiyatlarını tükəndirir, buna görə də bəzi tədarüklər gecikir:


“Gecikmələr Baltikyanı və Skandinaviya ölkələrinə də təsir edəcək. Avropa rəsmiləri isə bu gecikmənin onları çətin vəziyyətə saldığından şikayətlənirlər”.

Mənbə axar.az

Oxşar Xəbərlər